Bərdədə ticarət obyektləri yanıb

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 66 kvadrat metr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

Bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50