Bərdədə təcili yardım maşını qəzaya düşüb, yaralılar var - FOTO

Bərdə rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14