Bərdədə taksi sürücüsü bıçaqlanıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Lənbərən kəndi ərazisində qeydə alınıb. 

Rayon sakini 1976-cı il təvəllüdlü Kamil Əhmədov avtomobilinə əyləşən şəxsiyyəti hələki məlum olmayan gənc tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19