Bərdədə su arxından meyiti tapılan gəncin ölüm səbəbi məlum olub

Bərdə. 16 oktyabr. REPORT.AZ/ Ötən gün Bərdə rayonunda su arxından meyiti tapılan Elvin İmanlının ölüm səbəbi məlum olub.

"Report"un Qarabağ bürosuna Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, rayonda su arxından tapılan Elvin İmanlının meyiti üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, müayinə zamanı gəncin ölümünə səbəb epilepsiya xəstəliyi olub. Yaxınları E.İmanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun yanında heç kim olmadığından həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02