Bərdədə qəza olub, xəsarət alanlar var

Bərdədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə zamanı üç minik avtomobili toqquşub.

Qəza nəticəsində Əhmədov İsmayıl İlyas oğlu Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin stabil olduğu qeyd edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər