Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 24-də Nərgiz Həsənovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “OKA” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Yusif Şükürov saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39