Bərdədə qadın balta ilə qətlə yetirildi

Bərdə rayonunda qətl törədilib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26