Bərdədə qadın 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinir

Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisəyə onun “Tiktok” sosial şəbəkəsində qadınla mübahisəsi səbəb olub. 

C.Zeynalov mübahisədən sonra görüşdüyü qadın tərəfindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti

Tovuzda fərdi evdə yanğın olub 24 aprel, 2025 / 23:42