Bərdədə kişi bacısını və polis zabitini bıçaqladı - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***13:24

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Qaradəmirci kəndində qeydə alınıb.

Rayon sakini Elçin Cəfərov əvvəlcə bacısı Vüsalə Cəfərovanı, sonra isə hadisə yerinə gələn polis zabiti Eşqin Məmmədovu bıçaqlayıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41