Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 8 fevral. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, Bərdə şəhərində rayon sakini Mübariz Musayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Əhmədovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada fevralın 7-də orada ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47