Bərdə sakini ehtiyatsızlıqdan özünə atəş açıb.
"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Zümürxan kəndində qeydə alınıb.
Kənd sakini Şakir Əliyev qanunsuz silahla ov edən zaman açılan atəş nəticəsində yaralanıb. Ş.Əliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan sonradan Gəncə şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.