Bərdədə orta yaşlı kişini maşın vurub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 17 sentyabr, saat 21:17

Bərdə rayonunda yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Heydər Əliyev prospektində yerləşən "Park Bulvar" kompleksinin qarşısında qeydə alınıb.

Sürücü Rəşad Məmmədovun idarə etdiyi "Lada-21015" markalı avtomobil yolu keçmək istəyən Salmanov Cəfər Qələndər oğlunu vurub. Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29