Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

"Report"un məlumatına görə, rayonun Vəkil Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O, müraciətində bildirib ki, rayon sakini, 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50