Bərdədə küçədən kişi meyiti tapılıb - FOTO

Bərdə. 8 aprel. REPORT.AZ/ Gecə saatlarında Bərdə rayonunda küçədə kişi meyiti tapılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, meyit 1975-ci il təvəllüdlü Bərdə rayon Lək kənd sakini Hacıyev Rövşən Əliağa oğluna məxsusdur.

Şahidlər onun tüfeyli həyat sürdüyünü və elə içkili vəziyyətdə küçədə uzanaraq keçindiyini söyləyiblər.

Bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və mərhumun atası gəlib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26