Bərdə xəstəxanasında üç günlük körpə ölüb

Bərdə. 7 oktyabr. REPORT.AZ/ Bərdədə körpə doğuşdan sonra ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayon sakini Hüseynova Ofeliya Aydın qızı oktyabrın 4-də rayon mərkəzi xəstəxanasının Doğum evində oğlan uşağı dünyaya gətirib. Körpə bu gün səhər saatlarında xəstəxanada ölüb.

Məlumata görə, bu, O.Hüseynovanın dördüncü övladı olub.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48