Bərdədə 60 yaşlı kişi qısqanclıq zəminində həyat yoldaşını baltalayıb

Bərdə. 30 iyul. REPORT.AZ/ Bərdə rayonunda kişi öz həyat yoldaşını baltalayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Səhər saatlarında 1957-ci il təvəllüdlü Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı, 1950-cı il təvəllüdlü Allahverdiyeva Diləfruz İsmayıl qızının baş nahiyəsinə bir neçə balta zərbəsi endirib. Qadın ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

M.Allahverdiyev polis tərəfindən saxlanılıb.

Kişinin ruhi xəstə olduğu və həyat yoldaşını qısqanclıq zəminində baltaladığı bildirilir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48