Bərdədə iribuynuzlu heyvan 58 yaşlı kişini vurub

Bərdə. 2 yanvar. REPORT.AZ/ Bərdə rayonunda 58 yaşlı kişini iribuynuzlu heyvan vurub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonda müvəqqəti məskunlaşmış Laçından olan məcburi köçkün, 1959-cu il təvvəlüdlü Xəlilov İslam Xasat oğlunin şəxsi təsərrüfatında baş verib.  

İ.Xəlilov heyvanları yemləyərkən inək onu vurub.  

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45