Bərdədə iki qadını ilan sancıb

Bərdə rayonunda iki qadını ilan sancıb, vəziyyətləri ağırdır

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Lənbərən kənd sakini, 1983-ci il təvəllüdlü Gülnarə Bayramova və rayonun Əyricə kənd sakini 1968- ci il təvəllüdlü Südabə Əsgərovanı ilan sancıb. Hər iki qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Hər iki şəxs travmatologiya şöbəsinə yerləşdirilib.

Hər iki yaralıya lazımı tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətinin orta ağır olduğunu bildirilər.

Digər xəbərlər