Bərdədə iki qadın zəhərlənib

Bərdə. 18 yanvar. REPORT.AZ/ Bərdə rayonunda iki qadın zəhərlənib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Muğanlı kəndində baş verib.

Kənd sakinləri - 1980-ci il təvəllüdlü Məmmədova Zabilə Sahib qızı və 2002-ci il təvəllüdlü Bayramlı Fatimə Aqil qızı zəhərlənmə əlaməti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib. 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14