Bərdədə iki qadın qidadan zəhərlənib

Bərdədə iki qadın qidadan zəhərlənib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un Qarabağ Bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45