Bərdədə iki dost döyülərək ağır xəsarət alıblar

Bakı. 2 yanvar. REPORT.AZ/ Bərdə rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Samux kənd sakinləri, 1992-ci il təvəllüdlü Qocayev Atəş Kamil oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Nurlan Elxan oğlu həmyerliləri tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45