Bərdədə gənclər biri-birini bıçaqlayıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Bərdə rayonunda həmkəndlilər biri-birilərini bıçaqlayıb. "Report"un məlumatına görə hadisə rayonun Şirvanlı kəndinde qəydə alınıb. 28 yaşlı kənd sakini Emin Gözəlov həmkəndlisi 26 yaşlı Etimad Nəsirovla mübahisə edib.

Kafedə yeyib-içən həmkəndlilər sonda biri-birilərinə çoxsaylı bıçaq xəsarətləri yetiriblər. Hər iki gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54