Bərdədə gənc oğlan özünü körpüdən atıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Bərdədə intihar hadisəsi baş verib. Rayonun hüquq-mühafizə orqanlarından "Report"a verilən xəbərə görə, intihar edən şəxsin kimliyi hələlik məlum deyil.

Məlumatda bildirilib ki, gənc oğlan özünü şəhərin mərkəzindən keçən Tərtər çayının üzərində yerləşən körpüdən atıb. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Hazırda intihar hadisəsi ilə bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41