Bərdədə fərdi yaşayış evi yanıb - FOTO - VİDEO

Bərdə rayonunda fərdi yaşayış evi yanıb. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Aygün Kərimovaya məxsus üçotaqlı ev bütün əşyaları ilə birlikdə yanaraq külə dönüb. 

Yanğının odun sobasının aşması nəticəsində baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48