Bərdədə fəhlə yıxılaraq ağır xəsarət alıb

Bərdə. 3 yanvar. REPORT.AZ/ Bərdə rayonunda yıxılan fəhlənin üstünə mişar daşı düşüb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Mollalı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Rafiq Aydın oğlu fəhlə işlədiyi evin birinci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılıb. Ayağına mişar daşı düşən R.Əliyev ağır xəsarət alıb.

Xəstəxanaya catdırılan yaralı Travmatalogiya şöbəsinə yerləşdirilib.