Bakı. 26 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini Zamin Qurbanlı saxlanılıb.
Onun oktyabrın 24-də daha 1 evdən 200 manat, 80 ABŞ dolları və 14000 rus rublu, habelə qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.