Bərdədə evdən 1000 manat oğurlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda evdən 1000 manat oğurlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Gərənə kənd sakini Rahib Əhmədzadə saxlanılıb.

Digər xəbərlər