Bərdədə ər-arvad ehtiyatsızlıqdan yanıblar

Bakı. 18 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ər və arvad ehtiyatsızlıqdan yanıblar. 

"Report"un məlumatına görə, hadisə noyabrın 17-də rayonun Hüseynbəyli kəndində baş verib. 

Belə ki, həmin kəndin sakinləri Oqtay Quliyev və onun arvadı Ziyafət Quliyeva lampa ilə ehtiyatsız davranmaları nəticəsində yanıq xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05