Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarılıb

Bərdə. 28 aprel. REPORT.AZ/ “Azərişıq” ASC-nin Bərdə rayon elektrik şəbəkəsinin rəisi işdən çıxarılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektrik şəbəkəsinin rəisi Vidadi Babayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

V.Babayev "Azərişıq" ASC-nin sədri Baba Rzayevin əmri ilə tutuduğu vəzifədən kənarlaşdırılıb.

İşdən çıxarılan rəisin yerinə hələlik təyinat yoxdur. Rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsi müvvəqəti olaraq baş mühəndis Sahib Abbasova tapşırılıb.

Qeyd edək ki ,V.Babayev bu vəzifəyə 3 il bundan əvvəl təyin edilib.

Digər xəbərlər