Bərdədə bir nəfər çayda boğulub

Bərdə rayonunda bir nəfər çayda boğulub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zümürxan kəndindəki Çaylaq adlanan ərazidə baş verib.

Sakinlərin bildirdiyinə görə, çayda boğulan şəxs kənd sakini Nihad Bəhrəm oğlu Rüstəmovdur.

Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41