Bərdədə bazarda ölüm hadisəsi baş verib

Bərdə rayonunda yerləşən "Təzə bazar"da ölüm hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, 1965-ci il təvəllüdlü Tahir Qasım oğlu Ağayev anidən yıxılıb və yerindəcə keçinib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

T.Ağayev bazarda kababçı işləyirmiş.  

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05