Bərdədə baş verən zəncirvari qəzada 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Bərdə rayonunda başa verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı Bərdə rayon sakinləri - 1958-ci il təvəllüdlü Kamal Cabbarov, 1989-cu il təvəllüdlü Qasımov Vasif Vahid oğlu, 1980-ci il təvəllüdlü Süleymanov Saleh İslam oğlu, 1987-ci il təvəllüdlü Həsənov Azər Camal oğlu, 1967-ci il təvəllüdlü Atakişiyeva İradə Afil qızı, 2014-cü il təvəllüdlü Atakişiyeva Aysun Qərib qızı, 1986-cı il təvəllüdlü Atakişiyev Qərib Həsən oğlu xəsarət alıblar.

Qeyd edək ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Küçə ərazisində üç minik avtomobili toqquşub. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.


***19:45

Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 

Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41