Bərdədə azyaşlı uşaq itkin düşüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bərdədə yeddi yaşlı Laçın rayon sakini Xəlilzadə Elsevər Təbrik oğlu təhsil aldığı məktəbdən çıxsa da evə qayıdmayıb.

"Report" xəbər verir ki, Bərdə şəhər 3 sayılı orta məktəbinin birinci sinif şagirdinin axtarışı polis əməkdaşlarının da aktiv iştirakı ilə davam etdirilir.

Digər xəbərlər

Kürdə bir nəfər batıb 12 avqust, 2026 / 19:20