Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Türbəndəyev Elmir İnqilab oğlu idarə etdiyi "Toyota Prius minik" markalı avtomobil ilə 1977-ci il təvəllüdlü Aslanov İlyas Hüseyn oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37