Bərdədə avtomobil yolu keçən şəxsi vuraraq öldürüb

Bərdə rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də saat 1 radələrində rayonun Alpout kəndi ərazisində Qaradırnaq kənd sakini Q.Bayramlı idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Əvəz Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54