Bərdədə yanğınla nəticələnən yol qəzası olub

Bərdədə  yanğınla nəticələnən yol qəzası olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, "Chevrolet" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19