Bərdədə avtomobil qadını vuraraq öldürüb

Bərdə rayonunda avtomobil qadını vuraraq öldürüb.

"Report"un əldə etdiyi məlumata görə, noyabrın 14-ü saat 18:10 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Mirzəbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Orucov Orxan Cəmiyyət oğlu idarə etdiyi “VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1938-ci il təvəllüdlü Zeynalova Gülarə Həsən qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08