Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə noyabrın 15-də saat 18 radələrində Bərdə şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən şəhər sakini Zərniyar Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər