Bərdədə avtomobil aşıb, sürücüsü ölüb

Bərdə. 1 avqust. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hacıəli kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər