Bərdədə avtomobil 18 yaşlı gənci vuraraq öldürüb

Bərdə. 18 may. REPORT.AZ/ Bərdə rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yenidaşkənd kəndində qeydə alınıb.

Belə ki, "QAZ-31" markalı minik avtomobili yolu kecmək istəyən 18 yaşlı Xəlil Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər