Bərdədə at əti satan şəxs tutulub

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at əti satışı ilə məşğul olan 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu saxlanılıb.

At başı kəsərkən tutulan şəxsdən 128 kq at əti müsadirə olunub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56