Bərdədə 62 yaşlı qadını avtomobil vurub

Bərdə rayonunda 62 yaşlı qadını avtomobil vurub.

"Report" un Qarabağ Mərkəzinin məlumatına görə, rayon sakini, 1957-ci il təvəllüdlü Rəbiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirir.

Sürücünün hadisə yerindən qaçdığı və hazırda onun axtarışlarının davam etdirildiyi bildirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27