Bərdədə 61 yaşlı kişini avtomobil vurub

Bərdə rayonunda 61 yaşlı kişini avtomobil vurub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 

Bərdə rayon sakini, 1959-cu il təvəllüdlü Tofıq İsmayılovu minik avtomobili vurub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41