Bərdədə 61 yaşlı kişi toyda ölüb - YENİLƏNİB

Bərdə rayonunun Kətəlparaq kəndində toy mərasimi zamanı halı pisləşərək xəstəxanaya yterləşdirlən şəxs orada ölüb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlunun şadlıq sarayında halı pisləşərək xəstəxanaya aparılıb. Həkimlərinsəylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 


*** 00:26

Bərdə rayonunda toy mərasimində bədbəxt hadisə baş verib. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlunın şadlıq sarayında halı pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26