Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO

Bərdə. 24 mart. REPORT.AZ/ Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbər görə, hadisə rayonun Koroğlu küçəsində baş verib. 

Belə ki, "LADA-099" markalı avtomobillə "Ford" markalı minik avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb.

Yük avtomobilin sürücüsü Telman Əliyev, minik avtomobilinin sürücüsü, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Qədir Tapdıq oğlu, habelə onun iki azyaşlı ovladı - 10 yaşlı Əlizadə Aysun Qədir qızı və 4 yaşlı Əlizadə Əli Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47