Bərdədə 33 yaşlı sakin bıçaqlanıb

Bərdə. 15 may. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Mütalib Paşayev həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54