Bərdədə 3 yaşlı uşaq su arxına düşərək boğulub

Bərdə. 24 avqust. REPORT.AZ/ Bərdə rayonunda azyaşlı uşaq suya düşərək ölüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, 2015 -ci il təvəllüdlü yerli sakin Hüseynli Emil Samir oğlu Otuzikilər kəndindən keçən kiçik su arxına düşərək boğulub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər