Bərdədə 27 yaşlı gənc intihara cəhd edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bərdə rayonunda 27 yaşlı gənc intihara cəhd edib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Güloğlular kənd sakini, 1989-cu il təvəllüdlü Cabir Novruz oğlu Məmmədov bilərəkdən sirkə turşusu içib.

Onun vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05