Bərdədə 23 yaşlı qız özünü asıb

Bakı. 18 mart. REPORT.AZ/ Bərdə rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb. 

Belə ki, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahim yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. İntiharın baş vermə səbəbləri bilinmir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18