Bərdədə 20 ton mənşəyi məlum olmayan ət yandırılıb - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Bərdə rayonunda mənşəyi məlum olmayan ət zərərsizləşdirilib. "Report"un məlumatına görə, Laçın sakini Seyfəddin Novruzova məxsus anbardan 20 ton mənşəyi məlum olmayan ət götürülərək məhv edilib. S.Novruzov aşkarlanan ətlərin zooparklara yem məqsədi ilə satılması üçün saxlanıldığını bildirib. Dövlət Baytarlıq Xidmətinin və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi reyd zamanı aşkar olunan keyfiyyətsiz ətlər yandırılıb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17